Kanada milli komandası Qətəri darmadağın edib

Baş səhifə

Bakı. Trend:

Kanada millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin
ikinci turunda Qətər yığmasını 6:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Kanadanın Vankuver şəhərində keçirilib.

Qolları Kayl Larin (16-cı dəqiqə), Conatan Devid (29, 45+3 və
90+2-ci dəqiqələr), Natan Saliba (64-cü dəqiqə) vurubдфк. Qətər
millisinin futbolçusu Məhəmməd əl-Mənnai isə 75-ci dəqiqədə topu öz
qapısına göndərib.




Qətər yığmasının heyətində Homam əl-Əmin (33-cü dəqiqə) və Assim
Modibo (53-cü dəqiqə) qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırılıblar. Modibo Kanada millisinin futbolçusu İsmael
Koneyə ciddi ayaq xəsarəti yetirib. Zədələnən oyunçu meydanı
xərəkdə tərk edib.

Kanada millisi 4 xalla B qrupunun turnir cədvəlinə başçılıq
edir. Sonrakı pillələrdə İsveçrə (4 xal), Bosniya və Herseqovina (1
xal) və Qətər (1 xal) qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir