ABŞ vitse-prezidenti İranla memorandumun imzalamaq üçün İsveçrəyə getməyəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla qarşılıqlı anlaşma
memorandumunun imzalanması üçün əvvəlcədən planlaşdırıldığı kimi
İsveçrəyə səfər etməyəcək.

Bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.

“Hazırda vitse-prezident bu axşam yola düşmür. Növbəti addımla
bağlı konkret məlumat əldə edən kimi sizi məlumatlandıracağıq”, –
deyə Ağ Ev nümayəndəsinin bəyanatında bildirilib.




Prezident Administrasiyası əlavə edib ki, “texniki danışıqların
mümkün qədər tez başlamasını səbirsizliklə gözləyirik”.

Eyni zamanda qeyd olunub ki, qarşıdakı texniki danışıqların
planı hələ razılaşdırılmayıb və ABŞ nümayəndə heyəti ilk fürsətdə
yola düşməyə hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir