ABŞ İrana qarşı dəniz blokadasını götürdü

Baş səhifə

ABŞ ordusu İrana qarşı dəniz blokadasına son qoyub və artıq gəmilərin İran limanlarına daxil olmasına və ya limanlardan çıxışına müdaxilə etmir.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Bu gün ABŞ qüvvələri Prezidentin göstərişinə uyğun olaraq İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün dəniz nəqliyyatının blokadasını qaldırıb. ABŞ qüvvələri Fars körfəzi və Oman körfəzindəki İran limanlarına və limanlarından gəmilərin tranzitinə müdaxilə etmir. ABŞ-ın hərbi blokadanı tətbiq etmək üçün bütün səyləri dayandırılıb”, – deyə bəyanatda bildirilir.

CENTCOM əlavə edib ki, ABŞ hərbi gəmiləri əldə edilən razılaşmaların icrasını izləmək üçün regionda qalacaq. Komandanlığa görə, onların vəzifəsi razılaşmanın bütün müddəalarına riayət olunmasını təmin etmək və onun icrasına nəzarət etmək olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir