Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilir

Baş səhifə

Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilir.

Modern.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiqi məsələsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Bildirilib ki, saziş hər iki ölkənin diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşlarının qarşılıqlı səfərləri zamanı viza tələbindən azad olunmasını nəzərdə tutur.

Məsələ bir oxunuşda qəbul edilib. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir