
Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində vurğulanıb.
Sazişin layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

