
Bakı. Trend:
Bakının Xəzər rayonunda açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına
görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.
Məlumatda qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri
davam etdirilir.
“Əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

