Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq

Baş səhifə

Rusiyalı nüvə mütəxəssisləri ən qısa zamanda İrana qayıdacaq.

“Fars”ın xəbərinə görə, bunu İran energetika nazirinin müavini Mostafa Rəcəbi Məşhədi deyib.

Onun sözlərinə görə, Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşündə bununla bağlı razılıq əldə olunub.

“Rusiyalı nüvə mütəxəssisləri ən qısa zamanda Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü fazalarının tikintisini davam etdirmək üçün İrana qayıdacaq”, – nazir müavini bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-İsrail və İran arasında gedən müharibə zamanı Buşehr AES-də fəaliyyət göstərən rusiyalı mütəxəssislərin əksər hissəsi təxliyə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir