
Bakı. Trend:
19 iyun 2026-cı il tarixində PAŞA Bank səhmlərinin İlkin
Kütləvi Təklifi (IPO) üzrə Bakı Fond Birjasında
yerləşdirilməsi yerli kapital bazarlarında tarixi rekord nəticənin
əldə olunması ilə uğurla tamamlanmışdır.
13 aprel -12 iyun 2026-cı il tarixlərini əhatə
edən abunə yazılışı dövründə ümumilikdə təxmini 18
000-ə yaxın unikal investor tərəfindən 20 000-dən
çox sifariş yerləşdirilmişdir.
Yüksək investor marağı nəticəsində nəzərdə tutulan 51,3
milyon AZN həcmində emissiya üzrə ümumilikdə təxminən 66,3 milyon
AZN məbləğində sifariş qeydə alınmışdır. Bu göstərici təklif olunan
emissiya həcminin 129%-i səviyyəsində tələbin formalaşdığını
göstərir.
Ümumi sifarişlərin 99,9%-i fiziki şəxslərin payına düşür. Qeyd
edək ki, fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş
bütün sifarişlər tam həcmdə təmin olunub.
PAŞA Bank səhmlərinin yerləşdirilməsinin yekun nəticələri,
investor strukturu və digər göstəricilər barədə daha ətraflı
məlumat gələn həftə ictimaiyyətə təqdim olunacaq.
PAŞA Kapital-ın əsas anderrayterliyi ilə həyata
keçirilən IPO layihəsində ABB-İnvest və Unicapital investisiya
şirkətləri də anderrayter qismində iştirak edib.
PAŞA Kapital İnvestisiya
Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat
üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı
Mərkəzinə müraciət etməyiniz mümkündür.

