
Bakı. Trend:
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı
dünya çempionu, dünya reytinqinin lideri Maqnus Karlsen üzərində
böyük qələbə qazanıb.
Şahmat Federasiyasının Mətbuat Xidmətindən bildirilib ki,
Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası
dünya çempionatı çərçivəsində baş tutub.
Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin
çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess”
üzərində qələbə qazanıb 3,5:2,5. Qeyd edək ki, “WR Chess”in
heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim
Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə
aparır. Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar
Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

