İran Hörmüz boğazını bağlayıb – KİV

Baş səhifə

İran Hörmüz boğazını bağlamaq qərarı qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Məlumata görə, Tehran bu addımı İsrailin Livan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq atıb.

Hələlik İran rəsmiləri tərəfindən bu məlumatla bağlı rəsmi açıqlama verilməyib. Digər beynəlxalq mənbələr də xəbəri hələ təsdiqləməyiblər.

Xatırladaq ki, ABŞ və İran arasında sülh sazişinin imzalanması nəzərdə tutulurdu. Lakin İsrailin Livana endirdiyi hava zərbələrindən sonra planlaşdırılan danışıqlar və imzalanma prosesi təxirə salınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir