
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran danışıqları
aparanları arasında 19 iyuna planlaşdırılan görüş Vaşinqtonun
deyil, Tehranın günahı üzündən baş tutmayıb.
Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində
yazıb.
“Ümidsizlik içində görüşü tərk edən biz deyildik, İran idi.
Onlar uduzdular”, deyə Tramp qeyd edib.
Tramp həmçinin ABŞ-İran danışıqlar prosesinin 60 gün davam
edəcəyi barədə razılığa əməl etməyə hazır olduğunu da bildirib.
“Biz 60 günlük razılaşmaya əməl edəcəyik. İran bizdən heç bir
pul, hətta bir sent belə almayacaq”, – deyə o əlavə edib.
İran və ABŞ nümayəndə heyətləri arasında iyunun 19-da
Bürgenştokda görüş keçirilməsi gözlənilirdi. Əvvəlcə mübahisəli
məsələlərin həlli ilə bağlı memorandum imzalanacağı gözlənilirdi.
ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, İran
nümayəndə heyətinə isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf
rəhbərlik edirdi. Daha sonra tərəflər memorandumu iyunun 18-də
onlayn imzaladıqlarını, ertəsi gün isə İsveçrədə kağız üzərində
imzalanacağını açıqlayıblar.

