Vüsal Aslanov onlara vəzifə verdi –

Baş səhifə

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.

Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O bundan əvvəl “BakuBus”da çalışıb.

Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək həmin departamentdə Layihə idarəedilməsi şöbəsinin rəisi müavini işləyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir