Yeni ekspres marşrut fəaliyyətə başlayır

Baş səhifə

Bakı. Trend:

149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
Mətbuat Xidməti məlumat yayıb.

Bildiirilib ki, Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil”
metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və
xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E
nömrəli ekspres marşrutu təşkil edilir.

Bununla bağlı olaraq, iyunun 22-dən 6 ədəd “Neoplan” markalı
avtobus qəsəbəni metronun “Sahil” stansiyası ilə
əlaqələndirəcək.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, marşrutun fəaliyyət
qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən
edilib:




“Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat
17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə
sərnişinlərinxidmətində olacaq.

Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.

149E nömrəli ekspres marşrutu üzrə “Sahil” metrostansiyası,
Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi,
Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta
məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb,
Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq
bağçası, 9 nömrəli xüsusi internat məktəbidayanacaq məntəqələri
kimi təyin edilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir