Hörmüzdən keçmək üçün İrandan icazə istəməli olacaqlar

Baş səhifə

Bakı. Trend:

İranın Fars Körfəzi İşləri İdarəsi (PGSA) bəyan edib ki, ABŞ və
İranın danışıqlar aparacağı 60 gün ərzində gəmilər Hörmüz
boğazından pulsuz keçə biləcəklər, lakin əvvəlcədən keçid üçün
icazə istəməli olacaqlar.

İdarənin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatda deyilir: “Hörmüz boğazına daxil olarkən və ya çıxarkən gecikmələrin
qarşısını almaq üçün bütün zəruri məlumatları özündə əks etdirən
keçid üçün müraciətlərin boğaz ərazisinə daxil olmazdan ən azı 48
saat əvvəl təqdim edilməsi vacibdir”.




Qeyd olunur ki, anlaşma memorandumuna əsasən, Vaşinqton və
Tehran münaqişənin həlli üçün yekun razılaşma əldə etmək barədə
danışıqlar aparacaqları 60 gün ərzində keçid üçün heç bir ödəniş
olmayacaq. Bütün xərclər İran hakimiyyəti tərəfindən
ödəniləcək.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, boğazda hələ də
minaların quraşdırıldığı ərazilər olduğundan, gəmi sahibləri keçid
vaxtını və marşrutunu İran tərəfi ilə razılaşdırmalı olacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir