1992-ci ildən bəri universitetlərə qızlar daha çox qəbul olunur – DİM

Baş səhifə

Bakı. Trend:

1992-ci ildən bəri universitetlərə qəbul olunan tələbələr
arasında qızların sayı üstünlük təşkil edir.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent”
jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, ən böyük fərq 1993-cü və 1994-cü illərə təsadüf
edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan
abituriyentlərin sayından 1.7 dəfə çox olub.

“Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələri qəbul
kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki, bir qayda
olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük
əksəriyyəti qızlardan ibarət olur”.




Jurnalda həmçinin ötən ilin statistik göstəriciləri də öz əksini
tapır. Statistikaya görə, 2025-ci ildə qəbul imtahanlarında iştirak
etmək üçün 126656 abituriyent ərizə verib.

“Onların 48.10%-i oğlan, 51.90%-i qız olub. Ərizə verən
abituriyentlərin 100606 nəfəri (79.43%-i) isə cari ilin
məzunları olub və onlardan 50509-u (50.20%-i) oğlan, 50097-si
(49.80%-i) qız abituriyentlər olub.

2013-2023-cü illərdə qəbul imtahanlarında iştirak etmək üçün
ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların
sayından çox, 2024-cü və 2025-ci illərdə isə qızların sayı
oğlanların sayından çox olub. Azərbaycan və rus bölmələrinin hər
ikisində qızlar üstünlük təşkil edir”.

Başqa bir maraqlı fakt isə regionlar üzrə gender
statistikasıdır. Məsələn, ötən il universitetlərə qəbul olunan
tələbələrin gender statistikasına görə Yardımlı rayonundan qəbul
olunan uşaqların 60.59 faiz oğlan, Balakəndən qəbul olunanların
61.74 faiz qız olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir