Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm
Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet
saytında dərc edilib.

Məktubda qeyd olunub:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Tatarıstan sakinləri adından və şəxsən öz adımdan Sizə səmimi
təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizə və ölkənizin bütün vətəndaşlarına möhkəm cansağlığı,
xoşbəxtlik, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində və
çoxşaxəli sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində daim
uğurlar arzulayırıq. Qoy, Azərbaycan cəmiyyətinin birliyi və
quruculuqla bağlı güclü əzmi əcdadların tarixi nailiyyətlərinə dair
xatirələrlə möhkəmlənərək ölkənin davamlı dinamik inkişafının və
firavanlığının təminatı olsun!

Qardaş xalqlarımızın xoşməramlı əməkdaşlıq ənənələrinin
gələcəkdə də sarsılmaz qalacağına, habelə Rusiya ilə Azərbaycan
arasında strateji tərəfdaşlıq maraqları naminə geniş qarşılıqlı
fəaliyyətin daha da inkişaf etdiriləcəyinə ümid bəsləyirik.

Sizə, yaxınlarınıza və Azərbaycan xalqına ən xoş arzularımızı
çatdırıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir