Britaniya Baş nazirinin evini yandırmaqda ittiham olunanlara cəza verildi

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya məhkəməsi Ukrayna vətəndaşı Roman Lavrynoviçin
yeddi il, Ukraynada anadan olmuş Rumıniya vətəndaşı Stanislav
Karpyukun isə iki il həbs cəzasına məhkum edilməsi barədə qərar
çıxarıb. Gənclər Britaniya Baş naziri Keir Starmerə məxsus evi və
avtomobili yandırmaqda günahkar biliniblər.

Xarici media yazır ki, Lavrynoviçin valideynləri hökmü ədalətsiz
adlandırıblar.




İttihamlar 12 may 2025-ci ildə Baş nazirin evində baş verən
yanğından qaynaqlanır. Keir Starmer və ailəsi Dauninq küçəsindəki
rəsmi iqamətgahda yaşayır və Londonun şimal-qərbindəki bu dörd
yataq otaqlı ev müvəqqəti olaraq kirayəyə verilir. Polisin
məlumatına görə, yanğın evin qapısına zərər vurub.

Polis bu hadisəni əvvəlki iki hadisə ilə əlaqələndirib. 8 may
2025-ci ildə Keir Starmerin bir il əvvəl qonşusuna satdığı
avtomobil yanıb və həmin ilin 11 may tarixində Şimali Londonda
ailəsi ilə birlikdə yaşadığı evin girişində yanğın baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir