
Bakı. Trend:
İrlandiyanın aşağı büdcəli aviaşirkəti Ryanair Holdings şirkətin
baş direktoru Maykl O’Lirinin müqaviləsini 2032-ci ilə qədər
uzadıb.
Xarici media yazır ki, O’Liri aviaşirkətə rəhbərliyi 1994-cü
ildə öz üzərinə götürüb. O, qiymətlərə sərt yanaşması ilə
tanınır.
Ryanair bilet qiymətlərini olduqca aşağı saxlayır, lakin
oturacaq seçimi də daxil olmaqla, demək olar ki, bütün bort
xidmətləri üçün və əlavə əl baqajı üçün ödənişlər uçuşun
qiymətindən çox ola bilər.
O’Lirinin 2032-ci ilin aprel ayına qədər işdə qalması və
şirkətin bu müddət ərzində müəyyən məqsədlərə çatması halında, o,
10 milyondan çox səhm almaq üçün opsiondan istifadə edə
biləcək.

