İngiltərədə iki qatar toqquşub

Baş səhifə

Bakı. Trend:

İngiltərənin mərkəzində yerləşən Bedford şəhəri yaxınlığında iki
qatar toqquşub.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.




Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Britaniya Nəqliyyat Polisi toqquşmanı təsdiqləyib. Hər iki qatar
London istiqamətində hərəkət edirdi. Biri Nottingemdən, digəri isə
Korbidən yola düşüb. İkinci qatarın arxadan birinci qatarla
toqquşduğu ehtimal olunur. Qəza Bedford stansiyasından təxminən 4
km cənubda baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir