
Bakı. Trend:
“Atletiko” Aleks Qrimaldo transferini başa çatdırmağa çox
yaxındır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, tərəflər şəxsi
müqavilənin bütün şərtlərini razılaşdırıblar və futbolçu Madrid
klubunun təklifini qəbul edib.
Hazırda “Atletiko” ilə “Bayer” (Leverkusen) arasında yekun
transfer məbləği üzrə danışıqlar davam edir. Razılaşmanın dəyərinin
10 milyon avronu keçəcəyi gözlənilir.
29 yaşlı sol cinah müdafiəçisi son illərdə Leverkuzendə
göstərdiyi sabit və məhsuldar oyunla Avropanın ən yaxşı
mövqeyindəki futbolçularından biri kimi tanınıb. O, həm müdafiədə
etibarlı çıxışı, həm də hücumlara verdiyi töhfə ilə seçilir.
Tərəflər arasında danışıqlar müsbət istiqamətdə gedir və
transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

