
Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan
ölənlərin sayı 245-ə yüksəlib.
Bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi
əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun
sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan
245-i ölümlə nəticələnib.
Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır,
80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz
təşkil edir.
Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən
aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı
artıb. Onun sözlərinə görə, “Ebola” xəstələrinin müalicəsi üçün
çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri
genişləndirilir.

