
Bakı. Trend:
Rusiyanın Krasnoyarsk diyarının şimal hissəsində meşə
yanğınlarının əhatə etdiyi ərazi 133 min hektardan çoxdur.
Bu barədə diyarın Meşə Yanğınları Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, iyunun 20-si saat 08:45-ə olan vəziyyətə görə
regionda ümumi sahəsi 133,6 min hektar təşkil edən 93 meşə yanğını
qeydə alınıb.
Yanğınlar Yenisey, Şimali Yenisey, Turuxan və Evenkiya
rayonlarında davam edir.
Bildirilir ki, yaşayış məntəqələri üçün təhlükə müşahidə
olunmur.
Hazırda yanğınların söndürülməsi işlərinə 1,6 mindən artıq şəxs
cəlb olunub. Onların sırasında “Avialesoxrana”nın federal ehtiyat
qüvvələrinin əməkdaşları, eləcə də digər regionlardan gəlmiş
aviasiya yanğınsöndürənləri yer alır.

