Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi iyunun 11-d ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

Bu barədə məlumat DİM-in rəsmi saytında dərc olunub.

Məlumata görə, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil
olunacaq.

“Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9
illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən
abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər “İmtahana
buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.




Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may
tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari
və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək
imtahanda iştirak edə bilərlər. Həmin şagirdlər “İmtahana buraxılış
vərəqəsi”ni buradan çap edə bilərlər.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının
imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub”, – deyə
məlumnatda bildirilir.

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra
gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir