
Bakı.Trend:
İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən
bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti
məlumat yayıb.
“Axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs
qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb”,-
qurumun Mətbuat Xidmətindən bildirilib.

