​Portuqaliyalılar Ronaldonu yıxıb-sürüdülər

Baş səhifə

Futbol üzrə Portuqaliya yığma komandasının daxilində təfriqə yaranıb. Konqo Xalq Demokratik Respublikası ilə oynanılan ilk matçın 1:1 hesabı ilə başa çatmasından sonra komandanın kapitanı Kriştiano Ronaldoya fərqli münasibət futbolcuları üz-üzə qoyub.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, milli komandanın bir neçə üzvü kapitan əleyhinə çıxış etməyə başlayıb. Futbolçular 41 yaşlı Ronaldonun komandaya heç bir fayda vermədiyini bildiriblər. “Ronaldonun ehtiyat oyunçular skamiyasında əyləşən futbolçulardan heç bir fərqi yoxdur”, – Portuqaliya yığma komandasının üzvləri belə deyiblər.

Qeyd edək ki, Portuqaliya mediası da Kriştiano Ronaldonun ünvanına tənqidlər yagdırıb. Yerli mətbuat ulduz futbolçunu “meydanda dolaşan ruh” adlandırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir