
Bakı. Trend:
“Qarabağ”ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində
Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv
olunub.
“Qarabağ” futbol klubunun Mətbuat Xidmətinin yaydığı məlumata
görə, komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG
“Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00
başlayacaq.
“İyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol
əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç
keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq.
Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00
start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə
qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq”, – futbol
klubunun Mətbuat Xidmətinin yaydığı məlumat qeyd olunub.

