Münhendə yük qatarları toqquşub, ölən var

Baş səhifə

Almaniyanın Münhen şəhərində səhər saatlarında iki yük qatarı körpü üzərində toqquşub.

“Reuters” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Yerli polis bildirib ki, qəza zamanı vaqonlardan ikisi relsdən çıxaraq körpüdən aşağı aşıb.

Hadisənin səbəbi araşdırılır.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, hadisə yerinə təxminən 60 xilasedici və digər fövqəladə hallar əməkdaşı cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir