"Neftçi" braziliyalı futbolçunu transfer etdi

Baş səhifə

 Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir