Bazar günü abituriyentlər üçün dövlət dili imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

İyunun 21-də keçiriləcək Azərbaycan dili (dövlət dili) imtahanı
keçiriləcək.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi saytında dərc
olunub.

Məlumata görə, Azərbaycan dili (dövlət dili) imtahanında 25 may
– 2 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid
olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

– Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün
sənəd verən, lakin mayın 3-də keçirilən imtahanda iştirak etməyən
və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki
illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər
imtahana buraxılış vərəqəsini bu linkdən çap etməlidirlər.

– Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9
illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il
mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında
iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış
vərəqəsini bu linkdən çap etməlidirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsi;




– şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən
şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış
vərəqəsi” mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər
arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana
buraxılmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir