
Bakı. Trend:
ABŞ ilə İran arasında texniki məsləhətləşmələr iyunun 21-də
Bürgenştokda keçiriləcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən məsləhətləşmələrdə Pakistan və Qətərin
nümayəndələri də iştirak edəcək.
“İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra texniki
danışıqlar 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenştok şəhərində
keçiriləcək. Müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də
Pakistan və Qətər vasitəçiləri iştirak edəcəklər”, – deyə nazirlik
bildirib.

