İsrail ordusuna Livanda atəşi dayandırmaq əmri verilib

Baş səhifə

Bakı. Trend:

Livanda “Hizbullah” təşkilatına qarşı əməliyyat keçirən İsrail
qoşunlarına atəşi dayandırmaq əmri verilib.

Bu barədə “N12” televiziya kanalı xəbər verib.




Məlumata əsasən, bu əmr İsrailin Baş naziri Binyamin Netanyahu
və müdafiə naziri İsrael Katz tərəfindən verilib və yerindəki ordu
bölmələrinə çatdırılıb. Eyni zamanda, bu əmrə əsasən, İsrail ordusu
Livanın cənubundakı “Sarı Xətt” adlanan ərazidə mövqelərini
qorumağa davam edəcək.

Bildirilib ki, bu qərar İsrail hakimiyyəti tərəfindən “ABŞ ilə
koordinasiyadan sonra” verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir