Türkiyədə avtobus aşdı – 4 ölü, 26 yaralı

Baş səhifə

Türkiyənin İsparta vilayətində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, mikroavtobus güclü yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Əraziyə polis, təcili tibbi yardım, yanğınsöndürmə briqadaları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir