İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib

Baş səhifə

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrənin Sürix şəhərinə gedib.

APA xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə nümayəndə heyətinə Parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqeri Kani və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati daxildir.

Tərəflər ikitərəfli anlaşma memorandumunun şərtlərini müzakirə edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir