
Bakı. Trend:
Braziliya millisi və İspaniyanın “Barselona” klubunun cinah
hücumçusu Rafinya zədələnib.
27 yaşlı futbolçuya sağ budun əzələ zədəsi diaqnozu qoyulub. Bu
səbəbdən o, Braziliya millisinin qarşıdakı rəsmi oyunlarında
komandasına kömək edə bilməyəcək.
Rafinya Braziliya-Haiti oyununda ilk hissədə zədələnərək
əvəzlənmişdi.
Qeyd edək ki, Braziliya millisi dünya kubokunda Mərakeşlə 1-1
hesablı heç-heçə edib, Haiti üzərində 3-0 hesablı qələbə qazanıb.
Karlo Ançelottinin yetirmələri növbəti turda Şotlandiya ilə
qarşılaşacaq.

