ABŞ İranla danışıqları təhlükəyə almamaq üçün İsrailə təzyiq göstərir

Baş səhifə

ABŞ, İsveçrədə İranla planlaşdırılan danışıqları təhlükə altına almamaq məqsədilə Livanda hər hansı bir hərbi eskalasiyadan çəkinmək üçün İsrailə təzyiq göstərir.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

“Channel 13”, adı açıqlanmayan bir İsrail diplomatına istinadən, Vaşinqton administrasiyasının İsrailə İranla planlaşdırılan danışıqları poza biləcək bir eskalasiyadan çəkinməli olduğunu bildirən bir mesaj göndərdiyini açıqlayıb.

Mesajda qeyd olunur ki, İranla danışıqların pozulmasına səbəb ola biləcək hücumlar ABŞ ilə əvvəlcədən əlaqələndirilmədən həyata keçirilməməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir