
Bakı. Trend:
Futbol üzrə dünya çempionatının qrup mərhələsində növbəti
oyunlar keçirilib.
F qrupunun II turu çərçivəsində Monterrey stadionunda Tunis və
Yaponiya yığmaları qarşılaşıb. Görüş asiyalıların 4:0 hesablı böyük
qələbəsi ilə başa çatıb.
Yaponiyanın heyətində qolları 4-cü dəqiqədə Daiti Kamada, 31 və
83-cü dəqiqələrdə Ayase Ueda, 69-cu dəqiqədə isə Cunya İto rəqib
qapısından keçiriblər.

