Kerç bərə keçidində daşımalar dayandırılıb

Baş səhifə

İyunun 21-dən etibarən Kerç bərə keçidi vasitəsilə bərə daşımaları müvəqqəti olaraq dayandırılıb.

Bu barədə TASS məlumat yayıb.

Kerç bərə keçidi Rusiyanın Krasnodar diyarı ilə Krım yarımadası arasında əlaqəni təmin edir.

Qeyd edək ki, ötən gecə Ukrayna Ordusunun gecə saatlarında Kerç yarımadasına PUA zərbələri nəticəsində 4 nəfər ölüb, daha 28 nəfər yaralanıb. Kerç bərə keçidində yerləşən “Panagia” bərəsi də hücuma məruz qalıb. Həmçinin Çuşka qəsəbəsində yerləşən neft terminalında yanğın baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir