ABŞ və İran arasında danışıqlar başlayıb

Baş səhifə

Bakı. Trend:

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran
arasında danışıqlar rəsmən başlayıb.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Livanda atəşkəs və İran aktivlərinin blokdan çıxarılması
müzakirə olunur.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir