Starmer istefa verəcək – Tramp

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifəsindən istefa verəcəyinə əmin olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, Starmer iki əsas sahədə uğursuzluğa düçar olub.

“Kir Starmer Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verəcək. O, iki istiqamətdə – miqrasiya və energetika sahələrində iflasa uğrayıb. Şimal dənizində neft hasilatına yenidən icazə verin”, – deyə Tramp yazıb.

Donald Tramp paylaşımında Böyük Britaniyanın enerji siyasətini də tənqid edərək, Şimal dənizində neft hasilatının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir