ABŞ-İran danışıqlarında FASİLƏ – YENİLƏNİB

Baş səhifə

ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu üzrə İsveçrədə keçirilən dördtərəfli danışıqlara fasilə verilib.

Modern.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələr 80 dəqiqədən sonra dayandırılıb.

Fasilənin nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparması ilə bağlı olduğu bildirilib.

***

16:10

Qətər Xarici İşlər Nazirliyi danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.

Modern.az xəbər verir ki, bu barədə Qətər XİN bəyanat yayıb.

“Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin – Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir”, – deyə o əlavə edib.

Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir