
Bakı. Trend:
“Real” yeni transferləri reallaşdırmaq üçün yarımmüdafiəçiləri
Orelyen Tçuameni və Eduardo Kamavinqa ilə yollarını ayırmağı
planlaşdırır.
Kral klubu fransızlar üçün təklifləri nəzərdən keçirməyə
hazırdır.
Amma İspaniya nəhəngi Federiko Valverdenin satışını planlaşdır.
Tçuameni və Kamavinqanın isə bu yay komandanı tərk edəcəyi
gözlənilir.
Kamavinqanın “Real”la müqavilə müddəti 2030-cu il iyunun 30-a,
Tçuameninin isə 2028-ci il iyunun 30-a qədərdir.

