Sumqayıtda kişi meyiti aşkarlandı

Baş səhifə

Sumqayıtda kişi meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin 48-ci məhəlləsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Məlumata görə, 50 yaşlı Sahil Paşayevin cansız bədəni qonşuları tərəfindən aşkarlanıb. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitə baxış keçirilib, ölümün səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

(Teleqraf)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir