
Bakı. Trend:
Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci turun
növbəti oyunu keçirilib.
H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə
gəliblər.
Atlanta stadionunda baş tutan qarşılaşma İspaniya millisinin 4:0
hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Lamin Yamal
10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21 və 24-cü
dəqiqələrdə fərqlənərək dubla imza atıb. Matçda son qolu 49-cu
dəqiqədə Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tombakti öz
qapısına vurub.

