Azərbaycanın akrobatları dünya kuboku seriyasının qalibi oldular

Baş səhifə

Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupu – Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova dünya kuboku seriyasının qalibi adını qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Metbuat.az-a verilən məlumata görə, idmançılarımız bu möhtəşəm uğura mövsüm ərzində nümayiş etdirdikləri yüksək və stabil çıxışları sayəsində imza atıblar.

Beləliklə, gimnastlarımız beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edərək zirvədə qərarlaşıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir