
Bakı. Trend:
Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaraa qonşu Livanda
sülh və sabitlik təmin edəcək bir həll tapmağa çalışdığını
bildirib.
O, bu barədə “Al Mashhad” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, məqsəd “Hizbullah” təşkilatı ilə bağlı
problemi elə şəkildə həll etməkdir ki, Livanın mövcudluğu təmin
olunsun və bu, hamı üçün faydalı olarsa, danışıqlar masasına
oturmağa hazırdır.
Əş-Şaraa qeyd edib ki, Livanın böhrandan çıxması üçün siyasi
konsensus vacibdir, ölkədə vəziyyət isə daha çox qütbləşməyə tab
gətirə bilməz. O, həmçinin vurğulayıb ki, hadisələr təhlil edilməli
və Livandakı şiə icmasının təhlükəsizliyini təmin edən həll yolları
axtarılmalıdır, onu risk altına qoymaq yox.

