Belçika İranla heç-heçə edib

Baş səhifə

Bakı. Trend:

Belçika milli komandası futbol üzrə 2026-cı il dünya
çempionatının ikinci turunda İran yığması ilə 0:0 hesablı heç-heçə
edib.

Görüş ABŞ-nin Kaliforniya ştatının İnlqvud şəhərində
keçirilib.




25-ci dəqiqədə İran millisinin hücumçusu Mehdi Taremi qol vurub,
lakin video köməkçi hakim sisteminin (VAR) müdaxiləsindən sonra
ofsayd səbəbindən qol ləğv edilib. 66-cı dəqiqədən etibarən
belçikalılar müdafiəçi Natan Nqoyun qırmızı vərəqə alması
səbəbindən meydanda azlıqda qalıb.

G qrupunda çıxış edən İran və Belçika milliləri iki oyundan
sonra 2 xal toplayıblar. Birinci turda belçikalılar Misir yığması
ilə 1:1 hesablı heç-heçə edib, iranlılar isə Yeni Zelandiya ilə 2:2
bərabərə qalıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir