I və IV qrupların nəticələri bu həftə bilinəcək

Baş səhifə

İyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda iştirak edən minlərlə abituriyent nəticələrin nə vaxt açıqlanacağını səbirsizliklə gözləyir.

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda nəticələrin elan olunacağı tarixlə bağlı fərqli fikirlər səsləndirilir.

Bəzi iddialara görə nəticələr yaxın günlərdə açıqlanacaq, digərləri isə prosesin bir qədər uzanacağını düşünür.

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verdiyi məlumata görə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu həftə ərzində (iş günləri) elan olunması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir