PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank və Div Academy-nin birgə əməkdaşlığı çərçivəsində
həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramı uğurla
yekunlaşdı.

Valideyn himayəsindən məhrum olmuş 18–23 yaşlı gənclərin rəqəmsal
bacarıqlarının inkişafını hədəfləyən proqramda iştirak üçün 457
müraciət arasından seçilən 20 gənc 3 ay ərzində süni intellekt
sahəsində nəzəri və praktiki biliklər əldə edib. Təlim müddətində
iştirakçılar müxtəlif layihələr üzərində çalışaraq əldə etdikləri
bilikləri real tapşırıqlar üzərində tətbiq etmək imkanı
qazanıblar.

PAŞA Bank əməkdaşlarının iştirakı ilə inkişaf sessiyaları təşkil
olunub. Bankın müxtəlif istiqamətlər üzrə peşəkarları yumşaq
bacarıqlar, layihələrin idarə edilməsi, şəxsi və korporativ
brendinq, rəqəmsal marketinq, strateji kommunikasiyalar və böhran
idarəetməsi mövzularında seminarlar keçiriblər. Bu sessiyalar
gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verib.




Bank üçün insan kapitalının inkişafı və gənclərin potensialının
dəstəklənməsi sosial məsuliyyət fəaliyyətinin əsas
istiqamətlərindəndir. “AI for Good” layihəsi də məhz bu yanaşmanın
davamıdır. PAŞA Bank gələcəkdə də təhsil, inkişaf və innovasiyanı
təşviq edən layihələrə dəstəyini davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir