​Türklər Montellanı qovur, yerinə o gəlir –

Baş səhifə

Dünya çempionatında uğursuz nəticə göstərən futbol üzrə Türkiyə yığma komandasında məşqçi dəyişikliyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli mətbuatın yazdığına görə, mötəbər turnir başa çatandan dərhal sonra komandanın baş məşqçisi Vinçentso Montella vəzifəsindən azad olunacaq.

Türkiyə mediası Montellanı əvəzləyəcək mütəxəssisin kimliyini də açıqlayıb. Məlum olub ki, Türkiyə Futbol Federasiyasının rəhbərliyi “Şaxtyor”un baş məşqçisi Arda Turanla danışıqlar aparır. Arda Turanın iyul ayının sonuna kimi futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi postuna təyinat alacagı gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir