
Bakı.Trend:
Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə
mina, 84 piyada əleyhinə mina, 514 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
xidməti məlumat yayıb.
Məlumata əsasən, 1 710.16 hektar ərazi minalardan
təmizlənib.
“Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib”,-deyə qurumun Mətbuat xidmətindən
bildirilib.

